Zelenskidən Prezident İlham Əliyevə xüsusi təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən Prezident İlham Əliyevə xüsusi təşəkkür

Siyasət

06 Avqust 2026 21:25 73


"Ukraynaya rəsmi səfərim zamanı Prezident Volodimir Zelenski tərəfindən qəbul edildiyim üçün məmnunam". 

"Yeni Sabah" xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Söhbət zamanı Azərbaycan-Ukrayna Strateji Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr apardıq, xüsusən də siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik. pizza mizza

Mən, həmçinin, Prezident Zelenskiyə Cənubi Qafqazdakı münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəliləməsi üçün səylər və Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verdim.

Prezident Zelenskinin Azərbaycanın Ukraynaya humanitar yardımı ilə bağlı xoş sözlərini və davamlı dəstəyimizə görə Prezident İlham Əliyevə minnətdarlığını yüksək qiymətləndirirəm", - deyə XİN rəhbəri yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!