İspaniyada zeytun yığımı ilə bağlı qeyri-adi qərar verilib. Səbəb isə zeytun ağaclarında gecələyən quşlardır.
“Yeni Sabah” xəbər verir ki, İspaniyanın Əndəlüs bölgəsində quşların qorunması məqsədilə sıx əkilmiş zeytun bağlarında gecə vaxtı zeytun yığılması bir il müddətinə dayandırılıb. Əndəlüs rəhbərliyi 2026-2027-ci illər mövsümündə “çox sıx” zeytun bağlarında gecə yığımına icazə verməyəcək. Qərar zeytun ağaclarını gecələr sığınacaq və dincəlmək üçün istifadə edən quşların qorunması ilə bağlıdır.
Qadağa sıralar şəklində sıx əkilmiş zeytun ağaclarından məhsul yığan böyük maşınlara da aiddir. Bu maşınlarla gün batandan gün çıxana qədər zeytun yığmaq mümkün olmayacaq. Məlumata görə, gecə işləyən böyük yığım maşınlarının güclü işıqları və səsi ağaclarda gecələyən quşlara mənfi təsir göstərə bilər. Qərar bir il müddətinə qüvvədə olacaq və 2026-2027-ci illər zeytun yığımı mövsümünü əhatə edəcək. Toyuqlu pizza
Qadağaya əməl olunmasına nəzarət etmək üçün Əndəlüsün müxtəlif ərazilərində ən azı 80 gecə yoxlamasının keçirilməsi planlaşdırılır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız