30 Sentyabr - 01:17
Ziya Məmmədovun oteli söküləcək?

Ziya Məmmədovun oteli söküləcək?

Sosial

25 Yanvar 2019 13:45 674


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı  33 mərtəbəli hoteli ilə bağlı yeni gəlişmələr var. Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş apartamentin fasadı tam dəmir çərçivələrə alınıb.  

Müşahidə onu göstərir ki, adətən bu cür dəmir çərçivələr binaların fasadları dəyişdirilərkən qurulur. Məlumdur ki, ötən ilin  aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yararsız hala düşüb.  

Hələ bir müddət əvvəl  belə iddialar vardı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”)Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. 

Az qala 4 ildir ki, eyni vəziyyətdə qalan hotelin fasadında  xüsusi qurğuların quraşdırılması, ümumiyyətlə, hotelin  sökülə biləcəyi ilə bağlı xəbərləri yenidən aktuallaşdırıb.  Bildirilir ki, o istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələnin strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır. Amma hazırda binanın təmirə hazırlandığı, yoxsa söküləcəyi haqda  “Garant-Holdinq”dən heç bir şərh almaq mümkün deyil. 

Musavat.com

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!