Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsi növbəti təxribatdır.
Yenisabah.az xəbər verir ki, bunu öz “Twitter” səhifəsində Gürcüstan prezidenti Salome Zurabişvili yazıb.
Prezidentin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Gürcüstan ərazisini işğalı etməsi şəraitində Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması qəbuledilməzdir. pizza mizza
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Gürcüstanla viza rejiminin ləğvini və birbaşa uçuşların bərpasını nəzərdə tutan fərmanlar imzalayıb.
Telegram kanalımız