1 saatda 4 zəlzələ - Professordan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

1 saatda 4 zəlzələ - Professordan XƏBƏRDARLIQ

Dünya

13 Aprel 2025 17:31 17781


Bu gün Vanın Tuşba rayonunda 1 saat ərzində 3.2, 3.6, 4.1 və 3.2 bal gücündə zəlzələlər qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, hər hansı bir mənfi hal yaşanmasa da, zəlzələlər əhali arasında təşvişə səbəb olub.

Professor Ahmet Ercan X hesabında hadisəyə münasibət bildirib:

“Bu gün baş verən zəlzələlər tamamilə təbii və gözlənilən bir hadisədir. 2011-ci ildə Van şəhərində baş verən 7.2 bal gücündəki zəlzələnin qorxusu hələ də əhali üzərində qalmaqdadır və bu səbəbdən hər kiçik zəlzələdə insanlar həyəcan və gərginlik yaşayırlar. Lakin bugünkü ardıcıllıqdan sonra böyük bir zəlzələ baş versə, təəccüblənərəm”.

Ercan bölgənin seysmik baxımdan çox aktiv olduğuna diqqət çəkib: “Van yer qabığının sıx toqquşmalarının yaşandığı bir bölgədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!