Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Nijni Novqorod İqtisadi Forumunda çıxışı zamanı TASS-a bildirib ki, 2026-cı ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsinin 3,5–4 milyard dollar səviyyəsində reallaşacağı gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, səfir 2025-ci illə müqayisədə qeydə alınan cüzi azalmanı əsasən mövsümi xarakter daşıyan bəzi ixrac mallarının, xüsusilə neft məhsulları və qızıl külçələrinin payının düşməsi ilə izah edib. Buna baxmayaraq, əsas əmtəə qrupları üzrə sabit dinamikanın qorunduğunu bildirən diplomat, Bakının yakın illərdə bu geriləməni kompensasiya edəcəyinə ümid etdiyini vurğulayıb. Rusiya respublikanın ilk beş ticarət tərəfdaşı sırasındadır; belə ki, Azərbaycanın idxalında ikinci, ixracında dördüncü yeri tutur və ölkəmizin qeyri-neft-qaz ixracının 30 faizindən çoxu məhz bu ölkənin payına düşür.
Eyni zamanda, Azərbaycan Rusiyanın 75 subyekti ilə sıx iqtisadi əlaqələrə malikdir və bunlardan 20-dən çoxu ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq sazişləri mövcuddur. İkitərəfli ticarət həcminin yarısından çoxu Moskva şəhəri və vilayəti, Krasnodar və Stavropol diyarları, eləcə də Tatarıstan və Sankt-Peterburq kimi əsas regionların payına düşür. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə 1,5 minə yaxın müəssisə fəaliyyət gösterir ki, bunların da 300-ü yüz faiz Rusiya iştiraklıdır. Son 5–8 ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 10 milyard dolları keçdiyi halda, Azərbaycan son 5 ildə Rusiya bazarına 1,2 milyard dollar sərmayə yönəldib. Bu investisiyalar əsasən emal sənayesi, hazır məhsul istehsalı və infrastruktur layihələrini əhatə edir. pizza sifarişi
Telegram kanalımız