FIFA Qitələrarası Kuboku finalının keçiriləcəyi tarix və stadion müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək.
Finalda turnirin son və ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan PSJ “Challenger Cup”ın qalibi ilə üz-üzə gələcək. Toyuqlu pizza
Həmin mükafat uğrunda Meksikanın “Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. Turnirin sonuncu iştirakçısı isə 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.
PSJ 2025-ci ildə keçirilən Qitələrarası Kubokunun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titulu qazanıb.
Telegram kanalımız