Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.
"Yeni Sabah" Report-a istinadla istinadla xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat yayıb.
Azərbaycan vətəndaşlarının növbəti məhkəməsi oktyabrın 30-na təyin edilib. pizza mizza
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.
Telegram kanalımız