Dövlət Statistika Komitəsinin “Üzüm ehtiyatları və istifadələri” üzrə dərc etdiyi hesabatda 2025-ci il üzrə əsas göstəricilər açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə Azərbaycanda 210 min 853 ton üzüm istehsal olunub. Bu, 2024-cü illə (205 min 105 ton) müqayisədə 5 min 748 ton və ya 2,8% artım deməkdir.
İxrac göstəricilərində də nəzərəçarpan canlanma qeydə alınıb. Belə ki, 2025-ci ildə ölkədən 9 min 797 ton üzüm ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisindən (6 min 918 ton) 41,6% çoxdur. pizza sifarişi
Bununla yanaşı, üzüm idxalında azalma müşahidə olunub. 2024-cü ildə ölkəyə 31 min 146 ton üzüm gətirildiyi halda, 2025-ci ildə bu rəqəm 27 min 883 tona düşüb (10,5% azalma).
Açıqlanan digər statistik göstəricilərə görə, əhalinin şəxsi istehlakı 197 min 715 ton, qida məhsullarının istehsalı üçün istifadə olunan üzüm miqdarı 26 min 176 ton, itkilər 5 min 25 ton və ilin sonuna qalıq ehtiyatı isə 2 min 315 ton təşkil edib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız