“Qala Həyat Sığorta” Şirkəti ASC 2026-cı ilin ilk 9 ayının (30 sentyabr tarixinə) maliyyə nəticələrini elan edib.
“Yeni Sabah” xəbər verir ki, hesabat göstəricilərinin təhlili göstərir ki, sığortaçının əsas fəaliyyət sahəsində ciddi azalma müşahidə olunub. Şirkətin maliyyə göstəricilərində ən diqqətçəkən geriləmə əsas əməliyyat gəlirləri üzrə qeydə alınıb; belə ki, ötən ilin müvafiq dövründə 22 milyon 725 min manat olan əsas əməliyyat gəlirləri cari ilin eyni dövründə 11,4% (2 milyon 586 min manat) azalaraq 20 milyon 139 min manata düşüb.
Bununla yanaşı, sığortaçı inzibati və idarəetmə istiqamətində qənaət rejiminə keçərək işlərin aparılması xərclərini ötən ilin 9 ayı ilə müqayisədə 2,35% (199,6 min manat) azaltmağa və 8,28 milyon manata endirməyə müvəffəq olub. Əsas əməliyyat gəlirlərindəki kəskin düşməyə baxmayaraq, investisiya gəlirlərinin 653 min manat artaraq 2,29 milyon manata çatması və xalis sığorta ehtiyatlarındakı müsbət dinamika ümumi gəlirlərin artmasını təmin edib. Pepperoni pizza
Nəticədə, “Qala Həyat Sığorta” dövrü 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövründən 79,3 min manat çoxdur. Şirkətin əldə etdiyi mənfəətdən dövlət büdcəsinə 1 milyon 970 min manata yaxın mənfəət vergisi hesablanaraq ödənilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız