Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

Hadisə

23 Oktyabr 2026 15:03 86


Cəlilabadda yerləşən "Zəvvar" ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür. pizza hut

"Zəvvar" ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsi payız və qış mövsümlərində yağıntılar nəticəsində su altında qalır. Bu isə yanğınsöndürənlərin ərazidə hərəkətini və yanğına müdaxiləni xeyli çətinləşdirir.

Yanğının başvermə səbəbi və əhatə etdiyi ərazi barədə hələlik məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!