Əfqan Sadıqovun məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Əfqan Sadıqovun məhkəməsi başladı

Kriminal

23 Oktyabr 2026 14:21 82


Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən Əfqan Sadıqovun vəkili Nemət Kərimli iki vəsatət verib. pizza sifarişi

O, müvəkkilinin ev dustaqlığına buraxılmasını və məhkəmə prosesi zamanı yanında əyləşməsinə icazə verilməsini xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib. İclas noyabrın 3-nə təyin olunub.

Ə.Sadıqov bu ilin aprel ayında Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında icraatına xitam verilmiş cinayət işi yenidən açılıb və o, həbs edilib.

Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!