Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub. Pepperoni pizza
Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.
Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də 3 heyət üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.
Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı təqsirləndirib.
“Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir”, - Rumıniya Prezidenti bildirib.
Telegram kanalımız