O, müəllifi olduğu ordeni aldı

saytların hazırlanması

Evə çatdırılma

O, müəllifi olduğu ordeni aldı

Mədəniyyət

23 Oktyabr 2026 14:40 104


Azərbaycanın "İstiqlal" ordeninin müəllifi Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov imiş. 

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidenti İlham Əliyev oktyabrın 23-də ona “İstiqlal” ordenini təqdim edərkən vurğulayıb. 

Dövlət başçısı qeyd edib: "Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim. Marqarita pizza

“İstiqlal” ordenini Fərhad Xəlilova təqdim edildikdən sonra Xalq rəssamı bildirib: "Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".

Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".

Xatırlatma: "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilib. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi olub.

Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiqlənib. Qanuna əsasən orden aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə;

Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;

Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!