Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində tarixi uğura imza atıb.
"Yeni Sabah" xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.
O qeyd edib ki, "Sabah"ın Liqa mərhələsində göstərəcəyi nəticələrdən asılı olmayaraq, komandanın əldə etdiyi uğur Azərbaycan futbolu üçün əlamətdar hadisədir. Toyuqlu pizza
"Sabah" cəmi 9 illik tarixi və 17 milyon avroluq büdcəsi ilə nəinki Avropa futbol tarixində ilklərdən birinə imza atıb, həmçinin son illər Azərbaycan futbolunda formalaşmış bir sıra mifləri də dağıdıb.
Deputatın sözlərinə görə, strateji və soyuqqanlı məşqçi qərarları, eləcə də sistemli oyun üslubu ilə "Sabah" Azərbaycan futboluna yeni davranışlar gətirib.
Vüqar Bayramov "Sabah"a Çempionlar Liqasının tarixi Liqa mərhələsində uğurlar arzulayıb.
Aytac Əliyeva
Telegram kanalımız