Mərdəkan tərəfdə dənizdə boğulmuş BDU tələbəsi Zeynəb Məmmədzadədən artıq bir aydır xəbər yoxdur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ona yaxın olan Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, iyulun 6-da dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş verib. Dalğıclar o vaxtdan xilasetmə işlərinə başlayıblar. pizza sifarişi
1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilib. 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lakin hadisə zamanı itkin düşən BDU-nun Filologiya fakültəsinin 19 yaşlı III kurs tələbəsi Zeynəb Məmmədzadənin axtarışları hələ də nəticə verməyib. Onun itkin düşməsindən artıq 30 gün ötür.
Telegram kanalımız