195 kvadratmetrlik evi qoyub bunu seçdilər – İndi 5 nəfər burada yaşayır

saytların hazırlanması

Evə çatdırılma

195 kvadratmetrlik evi qoyub bunu seçdilər – İndi 5 nəfər burada yaşayır

Maraqlı

31 İyul 2026 00:10 78


ABŞ-də yaşayan Brandon və Eşli Trebitovski cütlüyü geniş evlərini sataraq köhnə məktəb avtobusunu yaşayış evinə çeviriblər. Hazırda onlar üç övladları ilə birlikdə cəmi 22 kvadratmetrlik bu evdə yaşayırlar.

"Yeni Sabah" xəbər verir ki, ailə əvvəllər 195 kvadratmetrlik, dörd otaqlı evdə yaşayırdı. Daha sadə həyat tərzi seçmək qərarına gələn cütlük klassik "Blue Bird" məktəb avtobusunu alaraq onu altı ay ərzində öz əlləri ilə tamamilə yenidən qurub.

Avtobusun bütün daxili hissəsi sökülərək yenidən layihələndirilib. Məkanın hər qarışından səmərəli istifadə etmək üçün xüsusi mebellər hazırlanıb. Divarlar ağ rəngə boyanıb, təbii işığın içəri daxil olması üçün isə avtobusun orijinal pəncərələri saxlanılıb. Ailə qonaq otağındakı divanlardan mətbəx mebelinədək demək olar ki, bütün avadanlığı öz əlləri ilə hazırlayıb. Dördpendirli pizza

Evin ən diqqətçəkən hissələrindən biri isə odun sobasıdır. Ailə qış aylarında avtobusu elektrik və ya qaz əvəzinə bu soba ilə qızdırır. Odun doğrama işində uşaqlar da iştirak edir.

Avtobusun dəhliz hissəsində uşaqlar üçün iki mərtəbəli çarpayılar yerləşdirilib. Arxa hissə isə valideynlərin yataq otağı kimi hazırlanıb. Hamamda istifadə olunan metro tipli plitələr və tavandakı pəncərə kiçik məkana daha geniş görüntü verir. Beş nəfərlik ailənin yaşadığı avtobusda adambaşına təxminən 4 kvadratmetr sahə düşür. Bu səbəbdən ailə üzvlərinin ayrıca otaqları yoxdur. Səs-küy, yemək qoxusu və şəxsi məkanın məhdud olması bu həyat tərzinin ən çox tənqid olunan tərəfləri hesab edilir.

Sosial şəbəkələrdə bəzi istifadəçilər uşaqların şəxsi məkanının olmamasını tənqid etsələr də, Trebitovski ailəsi seçdikləri həyat tərzindən razı olduqlarını bildirir. Onların sözlərinə görə, böyük evin yüksək xərclərindən və gündəlik qarışıqlığından xilas olaraq bir-birlərinə və birlikdə keçirdikləri vaxta daha çox diqqət ayıra bilirlər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!