Yeni tədris ilinin başlaması valideynlərin xərclərini də artırıb. Məktəbli geyimləri, çanta, ayaqqabı, dəftərxana ləvazimatları, dərslik və hazırlıq kursları üçün ödənilən vəsait ailə büdcəsinə ciddi təsir göstərir. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün bu xərclər daha böyük maliyyə yükünə çevrilir.
“Yeni tədris ili başladığı üçün qiymətlər çox bahadır. Hazırda həyat yoldaşım gedib uşaqlara paltar almağa, mən getməmişəm. Amma görüntülü danışırıq, baxıram, hansı uşağın əyninə olur, hansı uşağın əyninə olmur. Məktəb köynəkləri 20 manatdan başlayır”.
Bunu “Yeni Sabah”a müğənni Xuraman Şuşalı deyib. O bildirib ki, Pepperoni pizza
“Bizdə dörd uşaq olduğuna görə ən azı hərəsinə iki köynək alınmalıdır. Biri qısaqol, biri uzunqol. Əslində, dörd dəst alınsa, daha yaxşıdır, amma biz iki dəstlə başladıq: biri qısaqol, biri uzunqol. Çünki uşaqdır, məktəbdir, hərəkətdədir. İstər-istəməz paltar çirklənir, ləkələnir. Böyük uşağı nəzərə alsaq, bir köynək bir günə çirklənə bilər, qaldı ki, uşaq köynəyinə. Üstəlik, soyuq aylara gedirik, yəni paltarları qurutmaq məsələsi də var.
Onlar məktəbdən çıxıb hazırlığa gedirlər. Yəni dörd uşaqlı ailənin xərci çoxdur. Bugünkü gündə, düzdür, şükürlər olsun, Rəbbim dolandırır, ruzimdən deyinmirəm. Məktəb köynəkləri, şalvarları, üst geyimləri çox bahadır. Mən özümə görə bahadır demirəm, insanları düşünərək deyirəm ki, qiymətlər münasib deyil”.
İfaçı bildirib ki, əsasən də qız uşaqlarının şalvarlarını, oğlan uşaqlarının şalvarlarından baha satırlar:
“Qiymətlər hədsiz dərəcədə bahadır. Bugünkü gündə ailələrin maaşını, gəlirini düşünəndə, çox insanlar kirayədə yaşayır, çox insanların evi yoxdur. Necə çatdırsınlar?
Bəzən mağazalara girəndə markaların, firmaların məhsullarını görürük. Deyirik ki, bu markanın, bu firmanın məhsuludur. Mən də bir növ hər kəsi düşünərək bu danışığımı edirəm. Hə, tamam, məndə var, mən aldım. Bəs digərləri?
Yəni hələ bunların kitabları var, iş dəftərləri var, hazırlıq kitabları var, hazırlıqları var. Sonra məktəblərin fond pulları, bayram pulları... Bunların hamısı çox böyük bir büdcə tələb edir.
Bugünkü gündə çoxuşaqlı ailələrin hədsiz dərəcədə çox xərcləri çıxır. Düzdür, uşağı dünyaya gətirmişiksə, baxmalıyıq. Bu, bizim artıq borcumuzdur, öz boynumuza aldığımız məsuliyyətdir və bu məsuliyyəti də daşımalıyıq.
Allah hamıya zehin açıqlığı versin, bütün uşaqlara, valideynlərə də can sağlığı versin ki, uşaqlarına gözəl şərait, yaxşı həyat qursunlar. Yəni onları heç kəsdən geri saxlamasınlar, inşallah.
Mən bu müsahibəni təkcə öz adımdan vermədim. Bütün insanları, bütün anaları, valideynləri nəzərə alaraq, özümü onların yerinə qoyaraq danışdım. Belə baxanda, şükür Allaha, mənim özümə görə pis çıxmasın, qazancım var. Mənim üçün bunları almaq, bu xərcləri çəkmək böyük əziyyət deyil. Ancaq bilirəm ki, hər kəs də belə deyil”.
Aydan Hacı
Telegram kanalımız