Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar oldu

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar oldu

Dünya

10 Noyabr 2026 16:22 39


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Tehran tərəfindən təsdiqlənməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edən iki tankerin göyərtəsində partlayışlar və yanğınlar baş verdiyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Hörmüz boğazından icazəsiz marşrutla hərəkət edən iki tanker dayandırılıb. Güclü partlayışlardan sonra onların göyərtəsində yanğın baş verib", - bəyanatda bildirilib. Online shopping Azərbaycan

İran hərbçilərinin iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib. Onlardan biri minaya düşərək partlayıb. İkincisi isə ABŞ qırıcılarının mühafizəsi altında boğazı keçməyə cəhd edib. İnsident boğazın cənub sahilində baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!