Azərbaycan Antalyada 3 ölkə ilə birgə mühüm saziş imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Antalyada 3 ölkə ilə birgə mühüm saziş imzaladı

Siyasət

10 Noyabr 2026 16:49 42


Antalyada COP31 çərçivəsində “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Energetika Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.

Saziş “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir. Sənəd təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsini nəzərdə tutur. İnternet mağaza

Bu təşəbbüs Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!