Türkiyə çempionatında çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov Super Liqa haqqında formalaşan "yaşlı futbolçular liqası" fikirləri ilə razılaşmadığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, gənc futbolçu verilişlərin birində verdiyi açıqlamada Türkiyəyə transfer olunan oyunçuların karyeralarını başa vurmaq üçün gəldiyi iddialarını təkzib edib: Məişət texnikası
"Türkiyəyə gələn futbolçuların karyeralarının son dövrünü keçirmək üçün gəldiklərini deyə bilmərəm. Bəlkə də 'Fənərbağça' klubunda bir az daha yaşlı oyunçular var, amma komandamızda belə bir hal yoxdur".
Batrakovun xüsusilə "Fənərbağça"nın heyət tərkibinə toxunaraq verdiyi bu açıqlama Türkiyə idman mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız