“Əsgərliyə aparılsam, özümü öldürəcəm” dedi, həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Əsgərliyə aparılsam, özümü öldürəcəm” dedi, həbs olundu

Hadisə

10 Noyabr 2026 14:30 50


Saatlıda hərbi xidmətdən boyun qaçıran şəxs həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəray Vəlizadəyə (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mərkəzi Hərbi Həkim Komissiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək 2025-ci ildə müddətli həqiqi hərbi xidmətə yararlı sayılıb. Bakıda online alış-veriş

Ona hərbi xidmətə yola düşmək üçün çağırış vərəqəsi göndərilsə də, G.Vəlizadə üzrlü səbəb olmadan qeyd edilən ünvana getməyib.

SHXÇDX-nin əməkdaşları tərəfindən ailə üzvləri vasitəsilə xəbərdarlıq edilən gənc, yenə növbəti dəfə hərbi çağırışdan boyun qaçırıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs səhhətində yaranan problemlərlə əlaqədar hərbi xidmətə yollanmadığını bildirib. Onun sözlərinə görə, 2022-ci ildə hər iki ayağında olan anadangəlmə 3-cü dərəcəli yastıpəncəlik səbəbindən 3 illik möhlət hüququ əldə edib. Atasının rəhmətə getməsindən sonra isə sinir sistemində problem yarandığını bildirən Gəray, səbəbsiz yerə əsəbiləşdiyini deyib.

O bildirib ki, psixoloji vəziyyəti yerində olmadığı üçün hərbi xidmətə getmək istəmir, hərbi xidmətə aparsalar, yenə özünü öldürməyə cəhd edəcək.

Məhkəmədə Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin də rəyinə baxılıb.

Rəyqdə qeyd olunub ki, təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub. Buna görə də, G.Vəlizadə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Ekspertiza rəyində hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmadığı qeyd edilməklə yanaşı, gəncin mövcud psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı da yazılıb.

Sonda Saatlı rayon məhkəməsində hökm oxunub. Hökmə əsasən, G.Vəlizadə 6 ay müddətinə azadlıqdan məhrum edilib./Xitab24


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!