Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.
Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.
Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir. İnternet mağaza
Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?
"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, iqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir.
"Qərarın əsas səbəbləri inflyasiya risklərinin hələ də qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyin qorunması zərurəti ilə bağlıdır".
O bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir göstərə, azaldılması isə inflyasiya təzyiqlərini gücləndirə bilər.
"Bu baxımdan Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa üstünlük verir. Gələcəkdə inflyasiya riskləri azaldıqca faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər".
Telegram kanalımız