Türkiyə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində təşkil olunacaq liderlər sammitinə İsrail hökumətini dəvət etməyib.
"Yeni Sabah" xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, bunu COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
“Tədbirin təşkili çərçivəsində liderlərə dəvətləri ev sahibi ölkə, yəni Türkiyə göndərir. Biz İsrail hökumətini liderlər sammitinə dəvət etməmişik”, – nazir deyib. Bakıda online alış-veriş
Bununla yanaşı, Kurum vurğulayıb ki, hər bir ölkənin BMT himayəsi altında keçirilən danışıqlarda iştirak etmək, öz mövqeyini və layihələrini təqdim etmək hüququ var.
“Buna görə də BMT tərəfindən təşkil olunan tədbirlərə dünyanın bütün ölkələri dəvət edilir. Lakin ev sahibi ölkə olaraq biz İsraili liderlər sammitinə dəvət etməmişik”, – o qeyd edib.
Nazir əlavə edib ki, beynəlxalq iqlim konfransının Türkiyədə keçirilməsi Ankaranın İsrailə münasibətini dəyişməyəcək.
Telegram kanalımız