23 şəhər və rayonda buraxılış imtahanları olacaq

saytların hazırlanması

Evə çatdırılma

23 şəhər və rayonda buraxılış imtahanları olacaq

Sosial

15 Aprel 2022 17:38 467


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 16-17 aprel 2022-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən Yenisabah.az-a bildirilib ki, imtahanlar respublikanın 23 şəhər və rayonunda təşkil olunacaq.

Aprelin 16-da keçiriləcək imtahanda 23107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21749 nəfər olmaqla, ümumilikdə 44856 şagirdin iştirakı nəzərdə tutulur. Toyuqlu pizza

İmtahanlarda 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!