3 yaşında başlayan hobbi 8 yaşında ona xeyli pul qazandırdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

3 yaşında başlayan hobbi 8 yaşında ona xeyli pul qazandırdı - FOTOLAR

Maraqlı

13 İyul 2026 21:50 114


Bəzi uşaqlar oyuncaqlarla oynayır, bəziləri isə onları söküb-yığmağı sevir. ABŞ-də yaşayan 8 yaşlı Uaytt Biqqs isə bu marağını gəlir mənbəyinə çevirərək həm milyonlarla izləyici qazanıb, həm də ailəsinə qazanc gətirib. Cəmi 3 yaşında robot tozsoranlara maraq göstərməyə başlayan balaca indi 50-dən çox cihazdan ibarət kolleksiyaya sahibdir.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin Florida ştatında yaşayan 8 yaşlı Uaytt Biqqs robot tozsoranlara olan marağı sayəsində dünyanın ən gənc texnologiya məzmunu hazırlayan uşaqlarından birinə çevrilib.

Uaytt xarab cihazları özü təmir edərək yenidən işlək hala gətirir. Toyuqlu pizza

Ailəsi evdə robot tozsoranların yaratdığı səs-küyü azaltmaq üçün hər gün Uaytta xüsusi "robot tozsoran saatı" ayırıb. Sonradan bu fikir "Wyatt's World of Roombas" adlı "YouTube" kanalının yaranmasına səbəb olub.

Azyaşlı həmin kanalda robot tozsoranları nümayiş etdirir, onları təmir edir və müxtəlif sınaqlardan keçirir. Onun videoları qısa müddətdə milyonlarla baxış toplayıb.

"YouTube"dan əldə olunan gəlirlə yanaşı, ailə robot tozsoran mövzusunda müxtəlif məhsullar satmağa başlayıb. 

"YouTube" gəlirləri, məhsul satışı və reklam əməkdaşlıqları hesabına ailənin aylıq qazancı təxminən 1800 ABŞ dollarına çatıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!