Koronavirusa görə Azərbaycanda toy təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə Azərbaycanda toy təxirə salındı

Sosial

03 Mart 2020 11:11 1942


Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınması ölkədə profilaktik tədbirlərin görülməsinə səbəb olub. Bağça, məktəb və universitetlərin 6 gün müddətinə bağlanılması vəziyyətin ciddiliyindən xəbər verir. Qeyd edək ki, koronaviris təhlükəsi ortaya çıxandan sonra kütləvi tədbirlərin də sayı azalıb. Yenisabah.az saytına daxil olan məlumata görə, ölkədə koronavirusa yoluxma halının qeydə alınması kütləvi tədbirlərlə yanaşı, toyların da sayının azalmasına səbəb olub. Paytaxt sakini Azər Əhmədovun verdiyi məlumata görə, yaxın qohumlarından birinin mart ayının 7-nə planlaşdırılan toyu qeyri-müəyyən müddətə təxirə salınıb. Yenisabah.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!