“Dörd oyunun heç birində məğlub olmadıq” - Ayxan Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Dörd oyunun heç birində məğlub olmadıq” - Ayxan Abbasov

İdman

04 Oktyabr 2026 20:13 93


"Qrupdakı bütün oyunların çətin olacağını bilirdik".

"Yeni Sabah" xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Litva matçından sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis qrupda keçirdikləri dörd oyunun heç birində məğlub olmadıqlarını vurğulayıb: Toyuqlu pizza

"Lixtenşteynlə heç-heçə komandaya çox pis təsir etmişdi. Bu gün futbolçularımız xarakter göstərdilər. Qələbəyə görə sevincliyik. Komanda uduzmaq istəmirdi. Bu gün qazandığımız qələbə gələcək üçün inam verir. Ümid edirəm ki, növbəti oyunu da qalib başa vuracağıq.

Mənim üçün vacib olan futbolçuların meydanda canını qoyması, patriot olmasıdır. Təəssüf ki, çatışmayan cəhətlərimiz də çox oldu".

Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Litva oyunu 1:0 hesabı ilə başa çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!