“Flydubai” təyyarəsindəki insidentin pərdəarxası: İkinci pilotla bağlı yeni detallar

saytların hazırlanması

Evə çatdırılma

“Flydubai” təyyarəsindəki insidentin pərdəarxası: İkinci pilotla bağlı yeni detallar

Dünya

04 Oktyabr 2026 20:32 76


Sentyabrın 30-da "FlyDubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan reysində baş vermiş insidentlə yeni təfərrüat üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin idarəetməsini ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən "Flydubai" aviaşirkətinin ikinci pilotu böyük ehtimalla təkbaşına hərəkət etdiyi bildirilir. pizza sifarişi

Eyni zamanda məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökumət orqanları sentyabrın 30-da təcili eniş edən "Flydubai" təyyarəsinin sərnişinləri və ekipaj üzvləri barədə tam siyahıları insident baş verməzdən əvvəl təqdim edib.

Təqdim edilən siyahılarda pilotların vətəndaşlığı barədə məlumatlar da yer alıb. Təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edən ikinci pilotun İsraillə diplomatik münasibətləri olmayan Oman vətəndaşı olmasına baxmayaraq, İsrail qurumları ekipajın tərkibi ilə bağlı BƏƏ hökumət orqanlarına etiraz bildirməyiblər.

Dünya"FlyDubai" reysindəki ŞOK hadisə ilə bağlı pilot həbs edildi: "Az qala ikinci 11 sentyabr baş verəcəkdi" - Foto/Video

Xatırladaq ki, sentyabrın 30-da "Flydubai" aviaşirkətinin təyyarəsi qaçırılma siqnalı verib və radarlardan itib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib. İlkin məlumatlara görə, ikinci pilot aviaqəza törətməyə cəhd edib, lakin təyyarənin kapitanı buna mane olub və özü ağır yaralanıb. Hücum edən şəxsi zərərsizləşdirməsində sərnişinlər kömək ediblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!