7 ballıq zəlzələ olacaq? – ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

7 ballıq zəlzələ olacaq? – ŞOK AÇIQLAMA

Dünya

17 Oktyabr 2024 08:11 3808


Səhər saatlarında Malatyada baş verən zəlzələdən sonra ekspertlərdən açıqlamalar davam edir. 

“Yeni Sabah” xəbər verir ki, zəlzələ eksperti Övgün Əhməd Ərcan da bu barədə danışıb. O, Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra afterşokların 7 ballıq yeni zəlzələ meydana gətirə biləcəyini deyib. 

Ekspertin sözlərinə görə, Malatyadakı zəlzələ ötən il Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərin afterşokudur. 

Övgün Əhməd Ərcan yeni zəlzələ ehtimalı barədə də danışıb: 

“Əslində, 6,5 və 7 ballıq zəlzələnin olacağını gözləyirdik. 

Onlardan biri bu gün gec də olsa Malatyada 5,9 balla baş verdi. 

Lakin bu bölgədə 7 ballıq yeni afterşokların olacağını görməyimiz təəccüblü olmaz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!