Venesuelada baş verən güclü zəlzələdən 86 saat sonra dağıntılar altında qalan 60 yaşlı qadın xilasedicilər tərəfindən xilas edilib.
"Yeni Sabah" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Salvadorun xilasediciləri perulu həmkarlarının dəstəyi ilə Karabalyeda şəhərində dağılan "Breogan" binasının qalıqları altında qalan Belkis Xosefina Barreto Qarsiyanı 11 saat davam edən intensiv əməliyyatdan sonra xilas ediblər. Pepperoni pizza
Bukele bildirib ki, qadın zəlzələdən sonra 86 saat dağıntılar altında qalsa da, sağ çıxarılıb.
Prezident qeyd edib ki, həkimlər ilkin tibbi düşərgədə onun vəziyyətini stabilləşdirə bilsələr də, qadının durumu ağır olaraq qalır. Bu səbəbdən o, xüsusi helikopterlə Karakasdakı özəl klinikalardan birinə çatdırılıb və müalicəsi davam etdirilir.
Telegram kanalımız