Taleh Məmmədov barəsində   qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Taleh Məmmədov barəsində qərar verildi

Kriminal

16 Oktyabr 2026 16:16 112


Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə şübhəli bilinən Taleh Məmmədov barəsində istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İbtidai istintaqla müəyyən edilib ki, Taleh Məmmədov 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı pul vəsaiti alıb. O, həmin yükün Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasını təmin etmək müqabilində nüfuz alveri etməkdə şübhəli bilinir. Dominos pizza

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham elan edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!