Hökumətdən yeni büdcə siyasəti

saytların hazırlanması

Evə çatdırılma

Hökumətdən yeni büdcə siyasəti

İqtisadiyyat

16 Oktyabr 2026 16:21 63


2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri Milli Prioritetlərin icrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi kimi çağırışlar nəzərə alınmaqla müəyyən edilmişdir.

“Yeni Sabah” xəbər verir ki,  eyni zamanda, rəqəmsal inkişaf, su təchizatı, nəqliyyat, sosial və ərzaq təminatı sahələrində qəbul edilmiş strategiya və dövlət proqramları fiskal siyasətin formalaşmasına təsir edən əsas amillər sırasındadır. Gəlirlər üzrə siyasətin əsas istiqamətləri çərçivəsində iqtisadi şaxələndirmənin genişləndirilməsi, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi məqsədilə vergi güzəştlərinin uzadılması və yeni güzəştlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, vergi gəlirlərinin dayanıqlılığını təmin etmək üçün vergi inzibatçılığının, uçot və hesabat intizamına nəzarətin gücləndirilməsi, həmçinin vergi borcları üzrə möhlət verilməsi prosedurlarının və tənzimlənmə mexanizmlərinin sadələşdirilməsi planlaşdırılır. Dördpendirli pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!