2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycan Respublikasının ümumi dövlət borcu (xarici və daxili) 23 milyard 830,6 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan ÜDM-in 18,2 faizinə bərabərdir.
“Yeni Sabah” xəbər verir ki, ümumi borcun 67,1 faizini (15 milyard 982,0 milyon manat) daxili, 32,9 faizini (7 milyard 848,6 milyon manat və ya 4,61 milyard dollar) isə xarici dövlət borcu təşkil edir. İlin əvvəli ilə müqayisədə xarici dövlət borcu 196,7 milyon dollar (334,4 milyon manat) və ya 4,1 faiz azalaraq ÜDM-in 6,0 faizinə enib; xarici borc portfelinin 86,4 faizi dolların payına düşür və 59,5 faizinin ödəniş müddəti 5 ildən azdır.
Daxili dövlət borcu isə ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat (10,2 faiz) azalaraq ÜDM-in 12,2 faizinə düşüb; bu borcun 54,7 faizi dövlət zəmanətli öhdəliklərdən, 45,3 faizi isə dövlət qiymətli kağızlarından ibarətdir. Sezar pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız