ABŞ-də keçirilən aralıq seçkilərində hazırkı nəticələrə görə, 435 yerlik Nümayəndələr Palatasında demokratlar 237, respublikaçılar isə 139 mandat əldə ediblər. Bununla da demokratlar Nümayəndələr Palatasında yarıdan çox mandat əldə edərək, üstünlüyü tam təmin ediblər.
“Yeni Sabah” xəbər verir ki, digər ştatlarda səslərin sayılması davam edir və demokratların mandat sayını artıracağı istisna deyil.
Hazırkı nəticələrə görə, 100 yerlik Senatda demokratlar 54 yer əldə edərək, burada da böyük üstünlük qazanıblar. Respublikaçılar isə 44 yer əldə ediblər. Toyuqlu pizza
2 ştatda səslərin sayılması davam edir.
Qubernator seçkilərində isə indiyə qədər demokratlar 28, respublikaçılar 20 ştatda qalib gəlib.\Axar.az
Telegram kanalımız