ABŞ-da seçki şoku yaşana bilər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da seçki şoku yaşana bilər

Siyasət

03 Noyabr 2026 17:18 103


3 noyabr 2026-cı ildə Birləşmiş Ştatlarda ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senata keçirilən aralıq seçkiləri ölkənin növbəti dövr üçün siyasi xəritəsini müəyyənləşdirir. Qərb mediasında və aparıcı "mainstream" mətbuatda Demokratların hər iki palatada böyük üstünlük qazanacağı barədə verilən proqnozlar fonunda, ekspertlər və siyasi müşahidəçilər tamam fərqli bir mənzərənin də ortaya çıxa biləcəyini istisna etmirlər.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində paylaşıb. Onun sözlərinə görə, seçki öncəsi sorğularda Demokratların açıq-aşkar favorit göstərilməsi həmin partiyanın seçiciləri arasında "arxayınlıq effekti" yarada bilsə də, bu vəziyyət Respublikaçılar üçün güclü mobilizasiya imkanına çevrilib:

“Son 4-5 ay ərzində formalaşdırılan bu təbliğat mühiti Respublikaçı seçicilərin məntəqələrə daha kütləvi axın etməsinə gətirib çıxara bilər. Pepperoni pizza

Nümayəndələr Palatasında Demokratların az fərqlə üstünlük qazanacağı gözlənilsə də, Senatda əsl başa-baş mübarizə gedir. Hazırda Senatda çoxluğu əlində saxlayan Respublikaçılar əsas həssas ştatlarda fəallığı artırmaqla gözləniləndən daha güclü müqavimət göstərirlər. Seçki bülletenlərinin sayılması prosesi davam etdikcə, mediada yaradılan ilkin təəssüratın əksinə olaraq Respublikaçıların mövqelərini qoruması və ya gözləniləndən daha minimal fərqlə nəticə əldə etməsi gözlənilən ssenarilər sırasındadır”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!