“Yapı Kredi Bank”ın banklara borc yükü böyüyür - 100 milyonluq artım

saytların hazırlanması

Evə çatdırılma

“Yapı Kredi Bank”ın banklara borc yükü böyüyür - 100 milyonluq artım

İqtisadiyyat

03 Noyabr 2026 17:22 80


“Yapı Kredi Bank Azərbaycan” QSC-nin digər banklar və maliyyə institutları qarşısında öhdəlikləri 2026-cı ilin ilk 9 ayında 96,5 milyon manat və ya 78,8% artaraq 219 milyon manata çatıb.

Plat.az xəbər verir ki, bu barədə bankın 2026-cı il sentyabrın 30-na olan maliyyə vəziyyəti haqqında hesabatında bildirilib.

Hesabata əsasən, 2025-ci ilin sonunda bankın digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri 122,5 milyon manat təşkil edib. Sezar pizza

Beləliklə, bankın digər maliyyə qurumlarından cəlb etdiyi vəsaitlərin həcmi 9 ay ərzində təxminən 1,8 dəfə artıb.

Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında isə hesabat tarixinə öhdəliyi olmayıb. 

Hesabat dövründə bankın ümumi öhdəlikləri 30,4% və ya 203,3 milyon manat artaraq 872,5 milyon manata çatıb. Nəticədə digər banklar və maliyyə institutları qarşısında borcların ümumi öhdəliklərdə payı 18,3%-dən 25,1%-ə yüksəlib.

Bankın kapitalı isə 10,4% artaraq 136,4 milyon manat təşkil edib. Öhdəliklərin kapitaldan daha sürətlə böyüməsi nəticəsində kapitalın aktivlərə nisbəti 15,6%-dən 13,5%-ə enib.

Bu göstəricilər bankın maliyyələşməsində digər kredit təşkilatlarından cəlb edilən vəsaitlərin rolunun artdığını göstərir. Eyni zamanda, öhdəliklərin kapitaldan daha sürətlə artması bankın balansında borc vəsaitlərinin nisbi çəkisini yüksəldib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!