30 ildir belə hadisə olmamışdı  

saytların hazırlanması

Evə çatdırılma

30 ildir belə hadisə olmamışdı  

Dünya

03 Noyabr 2026 16:57 86


ABŞ-nin Nyu-York ştatında qızılca bir uşağın həyatına son qoyub. Ştatda son 30 ildə bu xəstəlikdən ilk uşaq ölümü qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, Nyu-York ştatının qubernatoru Keti Hokul Lyuis dairəsində qızılcaya yoluxan uşağın vəfat etdiyini açıqlayıb. O, baş verən hadisədən kədərləndiyini bildirərək, bunun ştatda son 30 ildə qızılca səbəbindən qeydə alınan ilk ölüm olduğunu vurğulayıb.

Qubernator uşaqların peyvənd olunma səviyyəsinin azalmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, getdikcə daha çox ailənin uşaqlarını peyvənd etdirməkdən imtina etməsi əhalinin sağlamlığının qorunmasını çətinləşdirir. Hokul bildirib ki, bu ölüm qarşısı alına bilən xəstəliklərə qarşı uzun illər ərzində əldə edilmiş nailiyyətlərin zəiflədilməsinin ağır nəticələrini göstərir. Pepperoni pizza

Yerli səhiyyə qurumlarının məlumatına görə, Lyuis dairəsində bu ilin əvvəlindən indiyədək 15 qızılca yoluxması qeydə alınıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!