Ölkədə quş əti və yumurta istehsalı kəskin artacaq

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə quş əti və yumurta istehsalı kəskin artacaq

İqtisadiyyat

03 Noyabr 2026 15:50 72


Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində quşçuluq sahəsinin stimullaşdırılması və qarşıda duran vəzifələrə həsr olunmuş görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə nazirliyin məsul şəxsləri, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri və sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşdə Dövlət Proqramından irəli gələn vəzifələrin əlaqələndirilmiş icrası üçün “Quşçuluq qrupu”nun fəaliyyətə başladığı diqqətə çatdırılıb. Yeni qrup təsərrüfatların ehtiyaclarının qiymətləndirilməsi, torpaqların təyinatının dəyişdirilməsinin sürətləndirilməsi, quşçuluq binaları və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması və damazlıq işinin təşviqi istiqamətində dəstək mexanizmlərini hazırlayacaq. Görüləcək tədbirlər nəticəsində quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir. Toyuqlu pizza

Müzakirələr zamanı sahibkarlar mövcud istehsal imkanları və layihələri barədə məlumat verərək təkliflərini səsləndiriblər. Həmçinin sənaye üsulu ilə quş əti istehsalının vəziyyəti, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının önəmi vurğulanıb. Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!