Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri məlum oldu

İdman

03 Noyabr 2026 17:36 85


Azərbaycanın qadın futbolçulardan ibarət millisinin 2026/2027 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda C Liqasının 2-ci qrupunda yer alıb.

Milli Latviya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda mübarizə aparacaq. pizza hut

Qeyd edək ki, qrup mərhələsinin matçları dairəvi sistem üzrə bir ev və bir səfər oyunu olmaqla keçiriləcək. 1-ci və 2-ci turlar 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turlar aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turlar isə iyunun 7-dən 15-dək baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!