Ölkə üzrə ümumi biznes kreditləri son bir ildə 18,6% (2 milyard 895,4 milyon AZN) artaraq 15 milyard 544,6 milyon manatdan 18 milyard 440 milyon manata çatıb.
“Yeni Sabah” xəbər verir ki, sektorlar arasında en kəskin yüksəliş tikinti sahəsində qeydə alınıb — bu sektora ayrılan vəsait iki dəfədən çox artaraq 1 milyard 502,4 milyon manatdan 3 milyard 31,1 milyon manata (+1 milyard 528,7 milyon AZN) yüksəlib. Digər sahələrdə də artım meyli davam edib: digər qeyri-istehsal və xidmət sektoru 22,1% artaraq 3 milyard 178,3 milyon manat (+575,2 milyon AZN), informasiya və rabitə 21,5% artaraq 876,6 milyon manat (+155,1 milyon AZN), nəqliyyat 18,1% artaraq 2 milyard 107,8 milyon manat (+323 milyon AZN), kənd təsərrüfatı 12% artaraq 2 milyard 187,3 milyon manat (+234,7 milyon AZN), sənaye isə 5,9% artaraq 2 milyard 843,6 milyon manat (+159,6 milyon AZN) təşkil edib.
Yeganə geriləmə ticarət müəssisələrində müşahidə olunub — bu sahə üzrə kredit portfeli 1,9% (80,8 milyon AZN) kiçilərək 4 milyard 296,1 milyon manatdan 4 milyard 215,3 milyon manata enib. Toyuqlu pizza
Telegram kanalımız