Ronaldonun oğlu milliyə dəvət aldı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun oğlu milliyə dəvət aldı

İdman

03 Noyabr 2026 16:04 86


Kriştianu Ronaldonun gənc oğlu Kriştianu Ronaldo Junior milli komanda karyerasında növbəti vacib addımını atıb.

“Yeni Sabah” xəbər verir ki, 16 yaşlı hücumçu ilk dəfə Portuqaliyanın U-17 milli komandasına dəvət alıb.

Baş məşqçi Filipe Ramosun Avropa çempionatının seçmə mərhələsinin ilk raundu üçün açıqladığı 23 nəfərlik heyətdə gənc forvardın da adı yer alıb. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun akademiya komandasında çıxış edən Ronaldo Junior göstərdiyi oyunla məşqçilər korpusunun rəğbətini qazanıb. Toyuqlu pizza

Gənc futbolçu indiyədək Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında effektiv göstəricilərlə yadda qalıb. U-15 və U-16 komandalarında ümumilikdə 13 qarşılaşmaya çıkan hücumçu rəqib qapılarına 5 qol vurub. O, U-15 millisinin heyətində 4 matçda 2 dəfə, U-16 komandasında isə 9 görüşdə 3 dəfə fərqlənməyi bacarıb. Kriştianu Ronaldo Juniorun U-17 millisindəki debütü azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!