Cud Bellinqem və "Borussiya Dortmund"da çıxış edən Cob Bellinqemin atası Mark Bellinqem 50 yaşında növbəti tarixi uğuruna imza atıb.
“Yeni Sabah” xəbər verir ki, həvəskar karyerası ərzində 700-dən çox qol vurmuş veteran hücumçu İngiltərənin 50 yaşdan yuxarı futbolçulardan ibarət milli komandasında ilk rəsmi matçına çıxıb.
İrlandiya Respublikasının veteranlar yığmasına qarşı keçirilən qarşılaşmada Mark Bellingem rəqib müdafiəsini darmadağın edib. Debüt oyununda 7 qol vuran 50 yaşlı hücumçu qarşılaşmanın qəhrəmanına çevrilib. pizza
Meydanda tam üstünlük göstərən İngiltərə komandası matçın sonunda 13:1 hesabı ilə qalib gəlib.
Nazim Hacıyev
Telegram kanalımız