ABŞ-də güclü axının dənizin ortasına apardığı qadın SMS sayəsində xilas olundu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də güclü axının dənizin ortasına apardığı qadın SMS sayəsində xilas olundu

Dünya

16 İyul 2026 18:18 50


ABŞ-nin Miçiqan ştatında sahil mühafizəçiləri Huron gölündə hava ilə doldurulan döşəyin üzərində sahildən 10 km uzaqlaşaraq həyatı təhlükə altına düşən 32 yaşlı qadını sudan çıxarıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "MLive.com" saytı məlumat yayıb.

Bildirilir ki, qadının yerini onun telefon şəbəkəsi itməzdən az öncə yollaya bildiyi qısa mesaj sayəsində müəyyənləşdirmək mümkün olub. Dominos pizza

Hadisə iyulun 13-də axşam saatlarında baş verib. Tander-Bey körfəzi rayonunda sahil kənarında istirahət edən qadın əvvəlcə sahildən cəmi bir neçə metr uzaqlaşıb. Lakin güclü axın onu sahildən çox uzağa aparıb, özü müstəqil şəkildə geri qayıda bilməyib.

Çətin vəziyyətdə qalan şəxs son anda kömək üçün yaxınlarından birinə SMS yollamağı bacarıb. Bundan dərhal sonra xilasedicilər axtarış-xilasetmə tədbirlərinə start veriblər.

Onun sudan çıxarılmasına Sahil Mühafizəsinə məxsus "MH-60 Jayhawk" markalı helikopter də cəlb edilib.

Xilas edilən şəxs yaxınlıqdakı hərbi hava bazasına aparılıb və orada tibb işçiləri tərəfindən ona müvafiq yardım göstərilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!