ABŞ-də hava limanına Donald Trampın adı verildi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də hava limanına Donald Trampın adı verildi

Dünya

09 İyul 2026 20:38 61


ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç hava limanının adı rəsmi şəkildə dəyişdirilərək ölkə Prezidenti Donald Trampın adını daşıyan beynəlxalq aeroport olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə hava limanından rəsmi açıqlama yayılıb.

Hava limanının rəhbərliyi əlavə edib ki, yeni ada keçid prosesi lövhələrin, brendinqin və rəqəmsal platformaların yenilənməsi ilə müşayiət olunacaq. Bununla belə, sərnişinlər üçün xidmət və səyahət qaydaları olduğu kimi qalacaq. Dominos pizza

Xatırladaq ki, martda Florida qubernatoru Ron Desantis Palm-Biç hava limanının adının dəyişdirilməsi barədə qanunu imzalamışdı. Bundan əvvəl isə ABŞ prezidentinin malikanəsindən hava limanına gedən yola da onun adı verilmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!