ABŞ-də tarixi ilk yaşanır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də tarixi ilk yaşanır

Dünya

26 Sentyabr 2026 13:46 103


ABŞ-nin "New York Times" qəzetinin keçirdiyi son rəy sorğusunun nəticələrinə əsasən, Miçiqan ştatında Senat uğrunda gedən gərgin mübarizədə Demokrat Partiyasının namizədi Əbdül El-Sayed önə keçib.

“Yeni Sabah” xəbər verir ki, sorğunun yekunlarına görə, El-Sayed özünün əsas rəqibi — Respublikaçılar Partiyasından olan namizəd Mayk Rocersi 5 faizlik fərqlə geridə qoyur. Səhiyyə mütəxəssisi və siyasətçi olan Əbdül El-Sayed seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ Senatına seçilən ilk müsəlman senator kimi ölkənin siyasi tarixinə düşmək imkanı əldə edəcək.

Mütəxəssislər Miçiqandakı bu seçki yarışının ABŞ Konqresində güclər nisbətinə birbaşa təsir göstərəcək əsas həlledici döyüş meydanlarından biri olduğunu vurğulayırlar. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!