ABŞ-ın keçmiş birinci xanımı vəfat etdi

ABŞ-ın keçmiş birinci xanımı vəfat etdi

Digər Veb saytların hazırlanması

20 Noyabr 2023 10:53 479


ABŞ-ın keçmiş birinci xanımı Rozalin Karter vəfat edib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mərhumun 96 yaşı var idi. 

Son günlərini Corciya ştatının Plains şəhərindəki hospis baxımında keçirən Rozalin Karter ailəsinin əhatəsində ölüb. 

Cimmi Karter 1977-1981-ci illərdə prezident vəzifəsində çalışıb. Cimmi və Rozalin 1946-cı ildə, onun 21, xanımın isə 18 yaşı olanda evləndilər. 

99 yaşlı Cimmi Karter fevral ayında əlavə tibbi müdaxilədən imtina etmək qərarına gəldikdən sonra özü hospisdə müalicə alır. 

Keçmiş prezident açıqlamasında "Rozalin mənim indiyə qədər bacardığım hər şeydə tərəfdaşım olub" deyib. 

“Nə qədər ki, Rozalin sağ idi, mən həmişə bilirdim ki, kimsə məni sevir və dəstəkləyir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!