ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı

Siyasət

03 Sentyabr 2026 21:45 186


ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində daha altı İran hərbçisi həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, sentyabrın 1-də ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində Hərbi Dəniz Qüvvələrinin altı üzvü öldürülüb. Toyuqlu pizza

Daha əvvəl isə həmin hücumlarda İranın hərbi hava və dəniz qüvvələrinin üç pilotu həlak olmuşdu.

Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!