“Haber Global“: 44 gündə yazılan dastan - Video

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global“: 44 gündə yazılan dastan - Video

Sosial

07 Noyabr 2026 23:00 46


"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür".

"Yeni Sabah" xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığı videosüjetdə səsləndirilib.

Süjetdə qeyd olunur ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatları nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Bütün ölkə - 7-dən 70-ə hər kəs 44 gün ərzində bir yumruq kimi birləşib. Azərbaycan əsgəri Qarabağda dastan yazıb, şəhər və kəndlər doğma Vətənə qovuşub. pizza hut

Süjetdə vurğulanır ki, bütün Azərbaycanın azad olunmasını səbirsizliklə gözlədiyi daha bir şəhər - Qarabağın incisi Şuşa var idi. Saysız-hesabsız sənətkar yetişdirən, füsunkar təbiəti ilə insanı valeh edən Şuşa müharibənin taleyini müəyyənləşdirib.

"Altı il əvvəl, məhz bu gün Şuşa azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-un Mustafa Kamal Atatürkün vəfat gününə təsadüf etməsi səbəbindən Şuşanın azad edildiyi 8 Noyabr tarixini Zəfər Günü elan etdi", - deyə videosüjetdə bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!