ŞOK EVLİLİK! Gəlinin 96, bəyin 18 yaşı var...

saytların hazırlanması

Evə çatdırılma

ŞOK EVLİLİK! Gəlinin 96, bəyin 18 yaşı var...

Maraqlı

07 Noyabr 2026 21:29 194


Meksikada qeydə alınan qeyri-adi evlilik gündəm olub. 96 yaşlı qadın 18 yaşlı gənclə ailə quraraq ölkədə ən böyük yaş fərqlərindən birinə imza atıb.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, nikah ölkənin cənub-şərqindəki Quintana Roo ştatında qeydə alınıb.

Məlumat Meksika Milli Statistika və Coğrafiya İnstitutunun (INEGI) nikah hesabatında yer alıb. Lakin cütlüyün kimliyi və evliliyin digər detalları açıqlanmayıb. pizza sifarişi

2025-ci ildə ölkədə buna bənzər başqa nikahlar da qeydə alınıb. Morelia şəhərində 96 yaşlı qadın 19 yaşlı gənclə, Tamaulipas ştatında isə 90 yaşlı kişi 18 yaşlı qadınla ailə qurub.

Yaş fərqi olan münasibətlər Argentina vətəndaşı 61 yaşlı Sundarinin açıqlamaları ilə də gündəmə gəlib. O, özündən 26 yaş kiçik, 35 yaşlı Maxi ilə münasibətindən danışıb.

Cütlük birlikdə yaşamır, əsasən həftəsonları görüşür. Sundari bildirib ki, şəxsi məkanına sahib olmağı sevir və bu münasibət qaydasından razıdır.

“Bir-birimizin vaxtına hörmət edirik. Həftəsonu yenidən bir araya gəlmək çox gözəldir”, – deyə o bildirib.

İyul ayında 2 min nəfərin iştirakı ilə keçirilən sorğuda iştirakçıların 71 faizi cütlüklərin oxşar yetkinlik səviyyəsinə və həyatdan bənzər gözləntilərə malik olması şərtilə yaş fərqini problem hesab etmədiyini bildirib.

Araşdırmaya görə, qadınların 32 faizi özündən yaşlı, kişilərin isə 33 faizi özündən gənc partnyora üstünlük verdiyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!